...

Azərbaycan Prezidenti Koreyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 10 Dekabr 2009 19:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li Ci-Hanın etimadnaməsini qəbul edib.
Azərbaycan Prezidenti Koreyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li Ci-Hanın etimadnaməsini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Li Ci-Han fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin son illər uğurla və dinamik inkişaf etdiyini vurğulaıyıb. Prezident İlham Əliyev qeyd edib ki, onun Koreya Respublikasına və Koreya Prezidenti mərhum Ro Mu Hyunun Azərbaycana səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynayıb. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığa toxunan dövlətimizin başçısı Azərbaycanda çoxlu sayda Koreya şirkətinin müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində, infrastruktur və bir sıra digər investisiya layihələrində iştirakını bu əlaqələrin yaxşı göstəricisi kimi qiymətləndirib.

Li Ci-Han Koreya Prezidenti Li Men Bakın salamlarını, Azərbaycan xalqına firavanlıq və ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf etdirilməsi ilə bağlı arzularını dövlətimizin başçısına çatdırıb. Səfir kimi ölkəmizdə fəaliyyətə başlamasından şərəf duyduğunu deyən diplomat, Koreyanın ikitərəfli münasibətlərimizin inkişafından məmnun olduğunu bildirib.

Dövlətimizin başçısı Prezident Li Men Bakın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Koreya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti