...

Azərbaycanda qarşıdan qələn bələdiyyə seçkilərinin texniki təminatı tamamilə başa çatıb - MSK-nın rəhbəri

Siyasət Materials 21 Dekabr 2009 13:41 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, 500 seçki dairəsində veb-kameralar quraşdırılıb, bu, ölkə üzrə bütün seçki sahələrinin 10%-dən artığını təşkil edir ki, bu da kifayət edir, MSK-nın sədri Məzahir Pənahov bazar ertəsi belə deyib.
Azərbaycanda qarşıdan qələn bələdiyyə seçkilərinin texniki təminatı tamamilə başa çatıb - MSK-nın rəhbəri

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, 500 seçki dairəsində veb-kameralar quraşdırılıb, bu, ölkə üzrə bütün seçki sahələrinin 10%-dən artığını təşkil edir ki, bu da kifayət edir, MSK-nın sədri Məzahir Pənahov bazar ertəsi belə deyib.

500 veb-kameradan 289-u Abşeron rayonu da daxil olmaqla, ölkənin 37 rayonunda, 189 ədədi Bakıda, 25 ədədi isə Naxçıvanda quraşdırılıb. Seçki prosesini müşahidə etmək istəyən şəxslər bunu internet vasitəsilə edə bilərlər, MSK-nın sədri deyib.

Vodofon abunəçilərinin 50%-i 3G texnologiyası vasitəsilə seçkiləri müşahidə etmək imkanı əldə edir, rabitə və informasiya texniologiyaları naziri Əli Abbasov belə deyib. Onun sözlərinə görə, gələn seçkilərdə bu texnologiyadan tam istifadə edilməsi planlaşdırlır.

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti