...

İğtişaşçıların mitinqi bütün İran əhalisinin hökumətə qarşı olduğu anlamına gəlmir - səfir

Siyasət Materials 30 Dekabr 2009 17:36 (UTC +04:00)
İranda azlıq təşkil edən iğtişaşçıların mitinqi bütün İran əhalisinin hökumətə qarşı olduğu anlamına gəlmir.
İğtişaşçıların mitinqi bütün İran əhalisinin hökumətə qarşı olduğu anlamına gəlmir - səfir

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir T.Cəfərov/

İranda azlıq təşkil edən iğtişaşçıların mitinqi bütün İran əhalisinin hökumətə qarşı olduğu anlamına gəlmir. Bu barədə çərşənbə günü İranın Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami İran İslam Respublikasının Bakıda yaşayan vətəndaşlarının iştirakı ilə İran Prezidenti Mahmud Əhmədinejad və ali lider ayətullah Əli Xamneyiyə dəstək məqsədi ilə İranın Bakıdakı "Əhli-Beyt Hüseyniyyəsində" keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, İmam Xomeyninin qurduğu İran İslam Respublikası hakimiyyətinin idarəetmə ideologiyası dünyada analoqu olmayan modern bir ideologiyadır ki, hələ də İranda icra olunur.

İranlı diplomat bu açıqlamaları Azərbaycanda yaşayan iranlıların Tehranda Aşura günü baş verən iğtişaşları pisləmək məqsədilə İran səfirliyinin "Əhli Beyt" dini mərkəzində toplaşdıqları məclisdə bildirib.

Toplantıda yüzdən çox tələbə, tacir və səfirlik işçisi iştirak edib. Bəhrami bildirib ki, İran çox boyük mədəniyyətə malikdir və İran mədəniyyəti İslam mədəniyyəti ilə birləşərək vahid bir mədəniyyət təşkil edir.

Tədbirə qatılan İran vətəndaşları ölkə Prezidenti və ali liderlə həmrəyliklərini nümayiş etdirmək üçün imza toplayıblar.

Xəbər lenti

Xəbər lenti