...

Prezident İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Siyasət Materials 5 Yanvar 2010 18:02 (UTC +04:00)
"İsa Peyğəmbərin mübarək mövludu – Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hamınıza ən səmimi arzularımı yetirirəm" Prezidentin təbrikində deyilib.
Prezident İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib, çərşənbə axşamı AzərTAc Dövlət Agentliyi məlumat yayıb.

"İsa Peyğəmbərin mübarək mövludu - Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hamınıza ən səmimi arzularımı yetirirəm" Prezidentin təbrikində deyilib.

Dövlət başçısı qeyd edib ki, səmavi dinlər Azərbaycanda yüz illər boyu sülh və anlaşma şəraitində yanaşı fəaliyyət göstərərək cəmiyyətimizdə əmin-amanlığın, dostluq və qardaşlıq münasibətlərinin formalaşmasında misilsiz rol oynayıb. Mütərəqqi tarixi-mədəni ənənələr üzərində bərqərar olan müasir Azərbaycan cəmiyyətində xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühiti, mövcud milli mənəvi həmrəylik və haqlı olaraq ölkəmizi dünyada tolerantlıq örnəyi kimi tanıdıb.

"Bu gün xristian inanclı vətəndaşlarımız, o cümlədən çoxsaylı pravoslav icması cəmiyyətimizin ayrılmaz hissəsidir və ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Əmin olduğumu bildirirəm ki, Azərbaycanın tərəqqisi və daha da çiçəklənməsi naminə vətəndaşlıq borcunuzu bundan sonra da layiqincə yerinə yetirəcəksiniz. Əziz həmvətənlər! Yeniliyin, əmin-amanlığın, mərhəmət və şəfqət duyğularının rəmzi olan Milad bayramı hər il Azərbaycanda böyük təntənə ilə qeyd edilir. Bu əziz gün münasibətilə bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik və firavanlıq arzulayıram" -Prezident İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti