...

Avropa Şurası Azərbaycanda insan haqları sahəsində gələcək irəlilətyişlər gözləyir - AŞPA-nın həmməruzəçisi

Siyasət Materials 11 Yanvar 2010 15:06 (UTC +04:00)
Azərbaycanda insan haqları sahəsindəki vəziyyət yaxşılaşır, lakin bu AŞ-nin üvz ölkəsi üçün kifayət deyil. Bu yaxınlarda AŞPA-nın Azərbaycan üzrə mərruzəçisi vəzifəsinə təyin edilən Yozef Debano Qrex belə hesab edir.
Avropa Şurası Azərbaycanda insan haqları sahəsində gələcək irəlilətyişlər gözləyir - AŞPA-nın həmməruzəçisi

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir Y.Ostapenko/

Azərbaycanda insan haqları sahəsindəki vəziyyət yaxşılaşır, lakin bu AŞ-nin üvz ölkəsi üçün kifayət deyil. Bu yaxınlarda AŞPA-nın Azərbaycan üzrə mərruzəçisi vəzifəsinə təyin edilən Yozef Debano Qrex belə hesab edir.

"Azad mətbuatla bağlı vəziyyət bizim üçün çox vacib məsələdir. Ümid edirik ki, Azərbaycan bu sahədə də irəli gedəcək", - Qrex telefonla Trend -a deyib.

8-12 fevral tarixlərində Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçilərinin - Estoniyadan olan deputat Andres Hekel və Maltadan olan deputat Yozef Debano Qrexin Bakıya səfəri gözlənilir.

Bu, Qrexin Azərbaycana ilk səfəridir. Bu səfər ona ölkədəki vəziyyətlə bağlı yerində tanış olmağa və nəticə çıxarmağa imkan verəcək.

"Mənim öyrəndiyim materiallara əsasən demək olar ki, işlərin hazırkı vəziyyəti insan haqları sahəsində gələcək tərəqqiyə əsas verir", - Azərbaycan Prezidentinin bu yaxınlarda bir sıra məhkumların azad edilməsi haqqında fərmanını alqışlayan Qrex deyib.

Prezident İlham Əliyevin dekabrın 25-də imzaladığı əfv sərəncamı ümumilikdə 99 məhbusa şamil edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərdən 89-u, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 3-ü, cərimə cəzasına məhkum edilmiş şəxslərdən 6-sı əfv olunub.

Əfv haqqında fərman "Bizim yol" müxalifət qəzetinin müxbiri Müşviq Hüseynova da şamil edilib.

Həmməruzəçilər fevral ayındakı səfərləri zamanı hakimiyyət və müxalifət nümayəndələri ilə görüş keçirməyi və bir çox ən mühüm məsələləri, o cümlədən Azərbaycanda mətbuat azadlığı məsələsini müzakirə etməyi planlaşdırırlar.

Səfərin yekunları üzrə məruzə apreldə nəşr ediləcək.

Xəbər lenti

Xəbər lenti