...

İranla mümkün hərbi münaqişə Azərbaycana da təsir edə bilər – amerikalı politoloq Ceyms Cey Karafano

Siyasət Materials 16 Yanvar 2010 11:40 (UTC +04:00)
İranla mümkün hərbi münaqişə onunla qonşuluqda yerləşən ölkələrə, o cümlədən Azərbaycana təsir edə bilər. "Heritage Foundation News"-un milli təhlükəsizlik məsələləri üzrə böyük elmi əməkdaşı Ceyms Cey Karafano belə hesab edir.
İranla mümkün hərbi münaqişə Azərbaycana da təsir edə bilər – amerikalı politoloq Ceyms Cey Karafano

ABŞ, Vaşınqton, 15 yanvar / Trend , müxbir N.Boqdanova/

İranla mümkün hərbi münaqişə onunla qonşuluqda yerləşən ölkələrə, o cümlədən Azərbaycana təsir edə bilər. "Heritage Foundation News"-un milli təhlükəsizlik məsələləri üzrə böyük elmi əməkdaşı Ceyms Cey Karafano belə hesab edir.

"Əgər İran ətrafında vəziyyət hərbi xarakter daşıyarsa, bu, Azərbaycan kimi ölkələrə də təsir edəcək", - Karafano Trend -a müsahibəsində deyib.

Qərb nümayəndələri dəfələrlə xəbərdarlıq ediblər ki, əgər İranın uranın zənginləşdirilməsinə dair proqramının dayandırılması haqqında razılıq əldə olunmazsa, həmin ölkə yeni sanksiyalarla üzləşə bilər. İran israr edir ki, onun nüvə proqramı ancaq sülh xarakterlidir və ölkənin elektrik enerjisinin təmin edilməsinə istiqamətlənib. İran BMT-nin bütün nüvə istehsalını dayandırmaq tələbi ilə bağlı beş qətnaməsinə əhəmiyyət verməyib.

Karafano qeyd edib ki, narahatlıq doğuran problemlərdən biri də mümkün münaqişənin dünya neft tədarükünə təsiridir.

"Mühüm istehsalçıların tədarükünün azalması bütün sistemə təsir edəcək", - o deyib.

Politoloqun fikrincə, "bu region partlama təhlükəsi olan regiondur, İran rejimi isə ekstermistdir".

Karafano hesab edir ki, sərt sanksiyalar İranın mübahisəli siyasətinə əla cavabdır, mümkün hərbi hücüm isə vəziyyətin müəyyən edilməməsi ilə bağlıdır.

Ötən ilin dekabr ayında Nümayəndələr Palatası (ABŞ Konqresinin aşağı palatası) İranın nüvə istehsalının qarşısının alınması məqsədi ilə İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi haqqında qanun layihəsini səs çoxluğu ilə bəyənib. Prezident Barak Obamanın təşəbbüskarı olduğu bu tədbirlər İrana neft məhsulları tədarük edən bütün xarici ölkələrə ABŞ-la biznes əlaqələrinə qadağanı nəzərdə tutur.

"İran rejimi zəifdir və istənilən münaqişə zamanı devriləcək. Lakin təhlükə ondadır ki, İran öz raket qüvvələrini hərəkətə gətirə, "Hizbullah" və HƏMAS-ı münaqişəyə cəlb edə bilər", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti