Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanda yeni yaradılmış Zaqatala Hərbi Prokurorluğunun inzibati binasının açılışı olub.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, bu gün keçirilən açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, respublika hərbi prokurorunun müavini, ədliyyə polkovniki Rasim Kazımov və yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi hissə komandirləri iştirak ediblər.
Çıxış edənlər prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi, yeni informasiya texnologiyalarına əsaslanan iş metodlarının tətbiqi, yeni struktur qurumların yaradılması və təkmilləşdirilməsi, müasir standartlara uyğun maddi-texniki bazanın yaradılması istiqamətində tədbirlərin görüldüyünü qeyd ediblər.
Mərasim iştirakçıları yeni binada əməkdaşlar və vətəndaşların qəbulu üçün yaradılmış iş şəraiti ilə tanış olublar.