Gürcüstan, Tbilisi, 26 yanvar / Trend , müxbir N.Kirsxaliya/
Yanvarın 26-da Brüsseldə NATO-Gürcüstan komitəsinin növbəti iclası keçiriləcək. İclasda Gürcüstanın Avroatlantik inteqrasiya üzrə dövlət nazirinin müavini Yelena Xoştariya komitə üzvlərini illik fəaliyyət planı (ANP) üzrə ilkin sənədlə tanış edəcək.
Sənəd dövlət naziri aparatının koordinasiyası ilə hazırlanıb.
ANP üzrə sənədin ilkin təqdimatından sonra alyans üzvləri öz mülahizələrini və tövsiyələrini bildirəcəklər. Bunlar əsasında 2010-cu il üzrə illik fəaliyyət proqramının son variantı tərtib ediləcək.
Fevralda NATO-Gürcüstan komitəsi çərçivəsində Şimali Atlantika Şurası toplanacaq. Şurada Gürcüstan Baş nazirinin müavini Giorgi Baramidze 2010-cu il üçün milli illik proqramı təqdim edəcək.
Maraqlıdır ki, 2009-cu il üçün illik proqram NATO tərəfindən müsbət dəyərləndirilib.
Brüsseldə NATO-Gürcüstan komitəsinin növbəti iclası keçiriləcək