...

Azərbaycanda şaxtalı hava şəraiti ilə əlaqədar rayonlara gedən avtomobil yollarında yaranmış problemlər aradan qaldırılıb - BDYPİ

Siyasət Materials 26 Yanvar 2010 15:14 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ərəstun Məcidov çərşənbə axşamı Trend News-a bildirib ki, hava şəraiti ilə əlaqədar olaraq bu gün səhər saatlarında İsmayıllı, Qəbələ, Qax, Şəki və Quba istiqamətinə gedən yollar bağlı olub.
Azərbaycanda şaxtalı hava şəraiti ilə əlaqədar rayonlara gedən avtomobil yollarında yaranmış problemlər aradan qaldırılıb - BDYPİ

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq rayonlara gedən avtomobil yollarında yaranmış problemlər aradan qaldırılıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ərəstun Məcidov çərşənbə axşamı Trend -a bildirib ki, hava şəraiti ilə əlaqədar olaraq bu gün səhər saatlarında İsmayıllı, Qəbələ, Qax, Şəki və Quba istiqamətinə gedən yollar bağlı olub.

"Müvafiq yol idarələrinin və yol polisi əməkdaşlarının təxirəsalınmaz tədbirləri nəticəsində bağlı yollar açılıb. Hazırda rayonlara bütün istiqamətdə yollar açıqdır", - deyə şöbə rəisi vurğulayıb.

Məcidov bildirib ki, sinoptiklər havaların 2-3 gün ərzində qarlı və şaxtalı olacağı barədə xəbərdarlıq edib.

"Buna görə də sürücülərdən xahiş edirik ki, fərdi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, sürücülük vərdişləri olmayanlar nəqliyyat vasitələrindən az istifadə etsinlər. Piyadalar diqqətli olmalıdırlar, onlar üçün nəzərdə tutulmuş təhlükəsiz yerlərdən keçsinlər", - BDYPİ rəsmisi bildirib.

Məcidov qeyd edib ki, məlum hava şəraiti ilə əlaqədar hələlik yollarda yol qəzaları qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti