...

Azərbaycan və Latviya prezidentləri Davosda görüşüblər

Siyasət Materials 28 Yanvar 2010 15:48 (UTC +04:00)
Yanvarın 28-də İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin və Latviyanın Prezidenti Valdis Zatlersin Davosda görüşü olub.
Azərbaycan və Latviya prezidentləri Davosda görüşüblər

Yanvarın 28-də İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin və Latviyanın Prezidenti Valdis Zatlersin Davosda görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafı qeyd olunub.

Azərbaycana səfərinin çox uğurla keçdiyini qeyd edən Prezident Valdis Zatlers deyib ki, Bakıda keçirilmiş görüşlər səmərəli nəticələr verib. Latviya Prezidenti ölkələrimizin iqtisadi sahədə əlaqələrinin genişlənməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Dövlətimizin başçısı Latviya Prezidentinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan və Latviya şirkətləri arasında əməkdaşlığın daha da genişlənməsini dəstəklədiyini bildirib.

Görüşdə regional əməkdaşlıq, ikitərəfli münasibətlər, beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti