...

Ermənistan Dağlıq Qarabağ üzrə danışıqları ləngidə bilər - Prezident İlham Əliyev

Siyasət Materials 28 Yanvar 2010 18:00 (UTC +04:00)
Dağlıq Qarabağ probleminin həlli məsələsinə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsindən ayrı baxılarsa, Ermənistan bu münaqişənin həlli üzrə danışıqlar prosesini ləngidə bilər.
Ermənistan Dağlıq Qarabağ üzrə danışıqları ləngidə bilər - Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir Y.Ostapenko/

Dağlıq Qarabağ probleminin həlli məsələsinə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsindən ayrı baxılarsa, Ermənistan bu münaqişənin həlli üzrə danışıqlar prosesini ləngidə bilər. Azərbaycan Prezidenti İlham Əliyev belə hesab edir.

"Əgər bu iki məsələyə ayrı-ayrılıqda baxılarsa, Ermənistan yəqin ki, Azərbaycanla danışıqları donduracaq", - İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində "The Wall Street Journal"-a verdiyi müsahibə deyib.

Prezident qeyd edib ki, regionda belə bir anlayış var ki, Ermənistan münaqişənin həlli üçün birinci addım atmalı - işğal edilmiş əraziləri azad etməyə başlamalıdır.

O deyib ki, əvvəllər Türkiyənin fəaliyyətinin kəskin tənqid edilməsinə baxmayaraq, Türkiyə tərəfinin məsələni anlamasından məmnundur.

İlham Əliyev hesab edir ki, Ermənistana iqtisadi təzyiqin göstərilməsi onu danışıqlara çəkən əsas stimullardan biri olacaq.

Prezident İlham Əliyev "Nabukko" boru kəmərinin inşasında gecikmə ilə bağlı narazılığını bildirərək, Azərbaycan qazının nəqli məsələsinə də toxunub.

"Qazprom" bəyan edib ki, bizim tədarük edə biləcəyimiz həcmdə qaz almağa hazırdır. Belə görünür ki, əgər "Nabukko" qaz kəmərinin inşası kecikərsə, biz "Qazprom" şirkətinə daha çox qaz satacağıq", - İlham Əliyev deyib.

Bundan əlavə, Prezident qeyd edib ki, Azərbaycan 4 istiqamətdə qaz ixrac edə bilər: Türkiyə, Gürcüstan, İran və Rusiyaya. "Biz bu istiqamətlərin hər birinə qaz tədarükünün həcmini genişləndirə bilərik", - Azərbaycan Prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti