...

Azərbaycan sosialistləri MDB Sosialistlər Forumunun ilk iclasında iştirak edəcək

Siyasət Materials 3 Fevral 2010 17:17 (UTC +04:00)
Azərbaycan Xalq Sosialist Partiyası (AXSP) fevralın 8-də Moskvada keçiriləcək MDB ölkələrinin Sosialist və Sosial-Demokrat Partiyaları Forumunun iclasında iştirak edəcək. Bu barədə AXSP-nin məlumatında deyilir.
Azərbaycan sosialistləri MDB Sosialistlər Forumunun ilk iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycan Xalq Sosialist Partiyası (AXSP) fevralın 8-də Moskvada keçiriləcək MDB ölkələrinin Sosialist və Sosial-Demokrat Partiyaları Forumunun iclasında iştirak edəcək. Bu barədə AXSP-nin məlumatında deyilir.

"Bizim ümumi məqsədimiz - ədalət və həmrəylik" şüarı altında keçiriləcək iclasda 2010-cu ildə Forumun işlərinin formatı və planının müzakirə ediləcəyi planlaşdırılır.

Tədbirdə Rusiyanın Federal Məclisinin Federasiya Şurasının və "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov, RF Dövlət Dumasında "Ədalətli Rusiya" fraksiyasının rəhbəri Nikolay Leviçev, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Macarıstanın sosialist və sosial-demokrat partiyalarının nümayəndələri, həmçinin elmi və ekspert cəmiyyətlərinin və ictimai təşkilatların nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti