...

Azərbaycanın siyasi partiyaları xalqa və dövlətə xidmət etməlidir – hakim partiyanın icra katibinin müavini

Siyasət Materials 4 Fevral 2010 15:31 (UTC +04:00)
Hakin partiyanın icra katibinin fikrincə, parlament seçkiləri ərəfəsində müxalifət partiyalarının bir-birlərini ittiham etməsi gözləniləndir.
Azərbaycanın siyasi partiyaları xalqa və dövlətə xidmət etməlidir – hakim partiyanın icra katibinin müavini

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyasının icra katibinin müavini hesab edir ki, siyasi partiyalar xalqa və dövlətə xidmət etməlidir.

"Parlament seçkiləri ərəfəsində müxalifət partiyalarının bir-birlərini ittiham etməsi gözləniləndir. Onlar şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Müxalifətin seçki ilə əlaqədar dolayısı ilə xaricdən dəstək amilini gündəmə gətirməsi də buradan qaynaqlanır", - Trend -un məlumatına görə, cümə axşamı Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Trеnd Nеws-un аrаyışı: YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 17 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Novruzovun sözlərinə görə, mxalifətdə olan partiyalar bir-birlərini yaxşı tanıyırlar. "Bu partiyalarda şəffaflıq yoxdur. Ona görə də bu düşərgədə olanlar qarşılıqlı olaraq bir-birlərini xarici qüvvələrə işləməkdə ittiham edirlər", - partiya rəsmisi əlavə edib.

Onun fikrincə, həmin partiyalara xarici qüvvələr tərəfindən maliyyə dəstəyi də göstərilir. "Seçki vaxtı yəqin ki, maliyyənin də artdığı üçün onu bölüşdürə bilmirlər və bu səbəbdən də özlərini xarici qüvvələrə işləməkdə ittiham edirlər. Müxalifət partiyaları şəffaf fəaliyyət göstərmirlər. Onlar bir dəfə də olsun maliyyə hesabatı dərc etməyiblər", - icra katibinin müavini vurğulayıb.

Millət vəkili deyib ki, siyasi partiyalar xalqına və dövlətinə xidmət etməlidir. "YAP hər il, o cümlədən 2009-cu ilin yekunları ilə əlaqədar ictimaiyyətə maliyyə hesabatını təqdim edib və bu, digər partiyalar üçün də nümunə olmalıdır", - Novruzov xatırladıb.

İcra katibinin müavini vurğulayıb ki, müxalifətin cəhdlərinə baxmayaraq, Azərbaycanda seçkilərin keçirilməsində xarici amil sıfıra bərabərdir. "İstənilən seçkinin nəticələri ölkə seçicilərinin iradəsi əsasında müəyyənləşir", - o bildirib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər ötən ay müxalifət partiyalarının bəzilərini İran Rusiya xüsusi xidmət orqanları, hətta Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqda ittiham etmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti