Gürcüstan, Tbilisi, 5 fevral / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstan-Türkiyə arasında ikitərəfli əməkdaşlıq perspektivlərinin inkişafı Gürcüstan Müdafiə Naziri Baço Axalaya və onun türkiyəli həmkarı Əhməd Veçdi Qonulun İstanbulda görüşü zamanı müzakirə edilib.
Gürcüstan Müdafiə Nazirliyinin Trend -a verdiyi məlumata əsasən, tərəflər təhsil və texniki sahədə ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
"Biz bir neçə il ərzində Türkiyə ilə əməkdaşlıq edirik. Söhbət məhz bu əməkdaşlığın və iki ölkənin İdarələrinin arasındakı ola biləcək prespektivlərin dərinləşməsindən gedib",- Axalya jurnalistlərə bildirib.
Jurnalistlərin "Türkiyə tərəfindən Gürcüstana silah tədarükündən söhbət gedibmi" sualına cavab verən Axalya qeyd edib ki, bu kimi görüşlərdə belə məsələlər müzakirə edilmir.
Qeyd etmək lazımdır ki, Rusiya NATO ölkələrini, o cümlədən Türkiyəni Gürcüstana silah tədarükünə görə ittiham edir.