...

Azərbaycan paytaxtında mer seçkisinin keçirilməsi ilə bağlı müxtəlif qanunlar qəbul olunmalıdır – hakim partiya

Siyasət Materials 10 Fevral 2010 15:11 (UTC +04:00)
"Parlament seçkiləri ilə eyni vaxtda Bakıda mer seçkisinin keçirilməsi mümkün deyil", - Trend News-a çərşənbə günü hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.
Azərbaycan paytaxtında mer seçkisinin keçirilməsi ilə bağlı müxtəlif qanunlar qəbul olunmalıdır – hakim partiya

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası hesab edir ki, Bakıda mer seçkisinin keçirilməsi ilə bağlı müxtəlif qanunlar qəbul olunmalıdır.

"Parlament seçkiləri ilə eyni vaxtda Bakıda mer seçkisinin keçirilməsi mümkün deyil", - Trend -a çərşənbə günü hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Trend -un arayışı: 2009-cu ilin sentyabr ayında Azərbaycan paytaxtı Bakıya səfər edən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi sədrinin səlahiyyətlərinin icraçısı Yan Mikallef bildirib ki, Cənubi Qafqazın digər ölkələri kimi Azərbaycanın da öz paytaxtının merini seçmək vaxtıdır. Mikallef deyib ki, Konqres Azərbaycan hakimiyyətinə Bakı meri vəzifəsinin təyinatla deyil, seçki yolu ilə tutulmasını məsləhət bilib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilin sonunda parlament seçkiləri ilə eyni vaxtda Bakıda mer seçkisinin keçirilməsini təklif edib.

Qurbanlının sözlərinə görə, bu seçkinin keçirilməsi prosesi uzun çəkə bilər.

"Paytaxtda mer seçkisinin keçirilməsi və bu sistemə keçidlə bağlı müxtəlif qanunların qəbuluna ehtiyac var", - hakim partiya rəsmisi əlavə edib.

Onun fikrincə, parlament seçkilərinə qədər bu qanunların qəbul edilməsini çatdırmaq mümkün deyil.

"Amma gələcəkdə müxtəlif seçkilərin eyni vaxtda keçirilməsi reallaşa bilər", - Qurbanlı vurğulayıb.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 17 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti