Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir T.Cəfərov/
İranın Azərbaycandakı səfirliyi İran İslam İnqilabının 31-ci ildönümü münasibətilə qəbul təşkil edib.
Qəbulda İranın Azərbaycandakı səfri Məhəmmədbağır Bəhrami çıxış edib. O, inqilabdansonrakı illərdə ölkənin inkişafından danışıb.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin İran xalqına ünvanlanan təbrik məktubunu oxuyub.
Qəbulda digər ölkələrin Azərbaycanda akreditə olunmuş səfirləri, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edib.