...

Azərbaycan Prezidenti Ağdaş rayonuna gəlib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 Fevral 2010 15:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaş rayonuna gəlib. Məlumatı AzərTAc Dövlət Agentliyi yayıb.
Azərbaycan Prezidenti Ağdaş rayonuna gəlib (ƏLAVƏ OLUNUB)

RED: ƏLAVƏSİ: 1-ci abzasdan sonra əlavə olunub

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaş rayonuna gəlib. Məlumatı AzərTAc Dövlət Agentliyi yayıb.

Dövlətimizin başçısı Ağdaş şəhərinin mərkəzindəki Heydər Əliyev adına istirahət parkında ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev parkda aparılmış yenidənqurma və abadlıq işləri ilə tanış olub.

Məlumat verilib ki, ümumi sahəsi 6 hektar olan parkda əsaslı bərpa və yenidənqurma işləri aparılıb, iki fəvvarə quraşdırılıb, yaşıllıq zolaqları salınıb, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan ideoloji mərkəzin binası tikilib.

Fevralın 12-də Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş Habil Əliyev adına Ağdaş Şəhər Musiqi Məktəbində yaradılmış şəraitlə tanış olub.

Dövlətimizin başçısı məktəbin qarşısında Azərbaycan muğam üçlüyünün heykəllərinə baxıb.

Məlumat verilib ki, tikintisinə 2008-ci ilin martında başlanmış musiqi məktəbinin binası ötən ilin iyununda istifadəyə verilmişdir. Ağdaş şəhərinin mərkəzində 5500 kvadratmetr sahədə tikilmiş məktəbdə 36 sinif otağı, 200 yerlik konsert zalı və muzey vardır.

Məktəb lazımi inventar və avadanlıqla təmin olunmuş, ətrafı abadlaşdırılmış və yaşıllıq zolaqları salınmışdır. Məktəbin ayrıca havalandırma sistemləri və transformator stansiyası vardır.

Xalq artisti Habil Əliyevə həsr olunmuş muzeyə baxan dövlətimizin başçısı burada kamança ustadı ilə söhbət etdi.
Prezident İlham Əliyev dərs otaqlarında və konsert salonunda uşaqların ifasını dinlədi.

Xəbər lenti

Xəbər lenti