...

Azərbaycan Prezidenti Ağdaşda regional elektrik yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib

Siyasət Materials 12 Fevral 2010 17:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaşda regional elektrik yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət Agentliyi yayıb.
Azərbaycan Prezidenti Ağdaşda regional elektrik yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaşda regional elektrik yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət Agentliyi yayıb.

Mərasim iştirakçıları və inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyevə məlumat verilib ki, Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Mingəçevir-Abşeron enerji təminatının yenidən qurulması layihəsi çərçivəsində Ağdaş rayonunun Kükəl kəndi ərazisində 220/110 kv-luq 2x125 MVA gücündə regional elektrik yarımstansiyasının tikintisi nəzərdə tutulub. Yarımstansiyanın tikintisi üçün 15 hektar torpaq sahəsi ayrılıb.

Tikinti-quraşdırma işlərinin 15 ay ərzində başa çatması nəzərdə tutulub. Layihə çərçivəsində 125 MVA-lıq iki transformator yarımstansiyası qurulacaq, Mingəçevir-Abşeron xətti üzrə 251 kilometr uzunluğunda elektrik xətti dəyişdiriləcək. Layihə Azərbaycanın "AZENKO" və Fransanın "Arivo" şirkəti tərəfindən həyata keçiriləcək. Tikinti işlərinə yanvarın əvvəlində başlanılıb. Ərazi abadlaşdırılıb, ətrafı hasarlanıb, 3 minə yaxın ağac əkilib, işıqlandırma xətti çəkilib, obyektə gedən yola asfalt döşənib.

Prezident İlham Əliyev gilizi özülə buraxıb və beton qarışığının tökülməsi üçün düyməni basıb, inşaatçılara uğurlar arzulayıb.

Bununla da dövlətimizin başçısının Ağdaş rayonuna səfəri başa çatıb.

Xəbər lenti

Xəbər lenti