...

2010-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili ola bilər - Saudabayev

Siyasət Materials 15 Fevral 2010 12:47 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri kimi Astana ümid edir ki, tərəflər razılaşmaları davam etdirsə, 2010-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili olacaq. Bunu Bakıda rəsmi səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev bu gün deyib.
2010-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili ola bilər - Saudabayev

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir E.Tariverdiyeva/

ATƏT-in fəaliyyətdə olan sədri kimi Astana ümid edir ki, tərəflər razılaşmaları davam etdirsə, 2010-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili olacaq. Bunu Bakıda rəsmi səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev bu gün deyib.

"Biz münaqişənin həlli üçün bütün imkanlarımızdan istifadə edirik, son Afina razılaşmaları və Azərbaycan və Ermənistan prezidentlərinin Soçidəki görüşü bizə nikbinlik verir", - Saudabayev Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekununa dair brifinqdə deyib.

"Bu mənim ATƏT-in sədri kimi birinci səfərimdir və mən Qazaxıstanın ATƏT-ə sədrliyində göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlıq edirəm", - nazir deyib.

Saudabyevin sözlərinə görə, səfərin əsas vəzifələrindən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bütün spektri görməkdir. "Bu, ATƏT-in sədri kimi Qazaxıstan üçün prioritetdir və ölkə Prezidenti Nursultan Nazarbayev bu münaqişəyə marağı azaltmayıb. Bizə məsələnin tarixi məlumdur və münaqişənin həlli üçün bütün vasitələrdən istifadə edəcəyik", - o deyib.

Saudabayevin sözlərinə görə, azərbaycanlı həmkarı ilə görüş konstruktiv keçib və Prezidentlə görüşü gözlənilir.

Xəbər lenti

Xəbər lenti