...

Azərbaycanın XİN rəhbəri İspaniya, Qırğızıstan və Slovakiyanın yeni səfirlərinin etimadnamələrinin surətini qəbul edib

Siyasət Materials 15 Fevral 2010 14:34 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniya, Qırğızıstan və Slovakiyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirləri Xuan Klos i Mateo, Raimkul Attakurov və Yozef Miqaşın edimadnamələrinin surətini qəbul edib.
Azərbaycanın XİN rəhbəri İspaniya, Qırğızıstan və Slovakiyanın yeni səfirlərinin etimadnamələrinin surətini qəbul edib

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniya, Qırğızıstan və Slovakiyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirləri Xuan Klos i Mateo, Raimkul Attakurov və Yozef Miqaşın edimadnamələrinin surətini qəbul edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov ölkəmizə səfir təyin olunmaları münasibətilə səfirləri təbrik edib və Azərbaycanla həmin ölkələr arasındakı əlaqələrin mövcud imkanlarından səmərəli istifadə olunmasının zəruriliyini qeyd edib.

İspaniya, Qırğızıstan və Slovakiyanın Azərbaycana yeni təyin olunmuş səfirləri əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb və bu istiqamətdə bütün qüvvələrini sərf etməyə hazır olduqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti