Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir S.Ağayev/
Bakıda Azərbaycan və Niderland qanunvericilik orqanları arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək. Niderland Parlamentinin Aşağı Palatasının beynəlxalq işlər üzrə daimi komitəsinin sədri Henk yan Ormel martın əvvəlində parlament nümayəndə heyəti ilə Azərbaycana səfər edəcək. Azərbaycanın Krallıqdakı səfirinin birinci katibi Elçin Bəşirov Trend -a məlumat verib.
Ormelin iki ölkənin həmçinin siyasi, iqtisadi, humanitar sahədə əməkdaşlığının inkişafının müxtəlif aspektlərini müzakirə edəcəyi planlaşdırılır.
Niderland Krallığının parlamentinin nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Azərbaycan Milli Məclisində görüşü gözlənilir.