...

Azərbaycan polisi Bakıda saxta əskinaslar hazırlayan mütəşəkkli dəstəni zərərsizləşdirib

Siyasət Materials 22 Fevral 2010 15:07 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində metronun "Gənclik" stansiyasının yaxınlığında, Lökbatan qəsəbəsində yaşayanlar Azər Abdullayev, Vüsal Salmanov, Şamaxı şəhər sakinləri Vüqar Yolçuyev və əvvəllər məhkum olunmuş İntizam İsayev 500 ədəd 100 manatlıq saxta əskinasları, ümumilikdə 50.000 manatı 20.000 manata satarkən tutulublar.
Azərbaycan polisi Bakıda saxta əskinaslar hazırlayan mütəşəkkli dəstəni zərərsizləşdirib

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan polisi Bakıda saxta əskinaslar hazırlayan mütəşəkkli dəstəni zərərsizləşdirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində metronun "Gənclik" stansiyasının yaxınlığında, Lökbatan qəsəbəsində yaşayanlar Azər Abdullayev, Vüsal Salmanov, Şamaxı şəhər sakinləri Vüqar Yolçuyev və əvvəllər məhkum olunmuş İntizam İsayev 500 ədəd 100 manatlıq saxta əskinasları, ümumilikdə 50.000 manatı 20.000 manata satarkən tutulublar.

Yolçuyevə məxsus "Tofash" markalı avtomaşına baxış zamanı əlavə 1 ədəd 20 manatlıq saxta əskinas və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

İsayevin Şamaxı şəhərində yaşadığı evə baxış zamanı qeyd olunan saxta əskinasların çap edilməsi üçün istifadə olunan xüsusi avadanlıqlar, rənglər və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti