...

Azərbaycan Parlamenti ABŞ Konqresindəki Azərbaycan Dostları Qrupuna müraciət etməlidir – deputat

Siyasət Materials 23 Fevral 2010 15:21 (UTC +04:00)
Qondarma "erməni soyqırımı" ilə bağlı müzakirələrin qarşısının alınması üçün parlament adından ABŞ Konqresindəki Azərbaycanın Dostları Qrupuna müraciət etmək daha məqsədəuyğun olardı. Trend News-un məlumatına görə, bunu çərşənbə axşamı deputat Qənirə Paşayeva deyib.
Azərbaycan Parlamenti ABŞ Konqresindəki Azərbaycan Dostları Qrupuna müraciət etməlidir – deputat

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir A.Hüseynbala /

Qondarma "erməni soyqırımı" ilə bağlı müzakirələrin qarşısının alınması üçün parlament adından ABŞ Konqresindəki Azərbaycanın Dostları Qrupuna müraciət etmək daha məqsədəuyğun olardı. Trend -un məlumatına görə, bunu çərşənbə axşamı deputat Qənirə Paşayeva deyib.

Trend -un arayışı: "Erməni soyqırımı" iddiası - Birinci Dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin kütləvi şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirir.

Paşayevanın sözlərinə görə, bu müraciətlər aprelin 24-nə qədər edilməlidir. "Biz belə müraciətlər nəticəsində ermənilərin Konqresdəki dəstəkçilərinin fəaliyyətinə də təsir göstərə bilərik", - millət vəkili əlavə edib.

Onun fikrincə, qondarma soyqırımı ilə bağlı Konqresdə qəbul olunacaq hər hansı müzakirə Türkiyə ilə yanaşı, Azərbaycanın da mənafeyinə ziddir. "Buna görə də Azərbaycan Parlamenti adından ABŞ-da yaşayan soydaşlarımıza da müraciət etməliyik. Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva, bu fondun Rusiya nümayəndəliyi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün çox iş görür. Amma bizim soydaşlarımızın da bu məsələlərdə fəal olmaları çox vacibdir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti