...

Ukrayna Prezidentinin andiçmə mərasimində Azərbaycan nümayəndə heyətinə Baş nazir Artur Rasizadə rəhbərlik edəcək

Siyasət Materials 24 Fevral 2010 13:19 (UTC +04:00)
Ukrayna Prezidenti Viktor Yanukoviçin andiçmə mərasimində Azərbaycan nümayəndə heyətinə ölkənin Baş naziri Artur Rəsizadə rəhbərlik edəcək. Bu barədə Trend News-a Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev məlumat verib.
Ukrayna Prezidentinin andiçmə mərasimində Azərbaycan nümayəndə heyətinə Baş nazir Artur Rasizadə rəhbərlik edəcək

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir E.Tarıverdiyeva/

Ukrayna Prezidenti Viktor Yanukoviçin andiçmə mərasimində Azərbaycan nümayəndə heyətinə ölkənin Baş naziri Artur Rasizadə rəhbərlik edəcək. Bu barədə Trend -a Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev məlumat verib.

"Sabah Artur Rasizadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti prezidentin andiçmə mərasimində iştirak etmək üçün Kiyevə gedəcək və planlaşdırılan bütün tədbirlərdə iştirak edəcək", - Əliyev telefonla Kiyevdən bildirib.

Fevralın 25-də Viktor Yanukoviçin andiçmə mərasimində yüz xarici nümayəndənin iştirakı gözlənilir. Bu barədə İTAR-TASS bildirir. Bu barədə Regionlar Partiyasından deputat Sergey Levoçkin məlumat verib. Levoçkinin sözlərinə görə, "mərasim yığcam olacaq, çünki Viktor Yanukoviç ölkədəki ağır iqtisadi vəziyyətlə bağlı andiçmənin sadə keçirilməsi haqda qərar qəbul edib".

Bolqarıstan, Türkiyə, Rumıniya, Macarıstan, Litva, Polşa və Latviya prezidentləri mərasimdə iştirak edəcəklərini təsdiqləyiblər. Aİ nümayəndə heyətinə xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndə Ketrin Eştonun, ABŞ nümayəndə heyətinə isə Barak Obamanın milli təhlükəsilzik üzrə müşaviri Ceyms Consun rəhbərlik edəcəyi gözlənilir.

Mərasimdən sonra Yanukoviç Ali Radada Silahlı Qüvvələrin raportunu qəbul edəcək. Sonra Ukrayna Evində qəbul keçiriləcək. Həmin gün parad və salyut planlaşdırılmayıb.

Xəbər lenti

Xəbər lenti