...

Ermənistan Xocalı faciəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətindən gizlətməyə nail olmayacaq - Azərbaycan XİN

Siyasət Materials 24 Fevral 2010 18:54 (UTC +04:00)
Ermənistan tərəfi işğal olunmuş ərazilərdə Azərbaycanın dinc vətəndaşlarına qarşı törədilmiş vəhşiliklər barədə bütün həqiqətləri dünya ictimaiyyətindən heç bir vəchlə gizlədə bilməyəcək.
Ermənistan Xocalı faciəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətindən gizlətməyə nail olmayacaq - Azərbaycan XİN

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir V.Javoronkova/

Ermənistan tərəfi işğal olunmuş ərazilərdə Azərbaycanın dinc vətəndaşlarına qarşı törədilmiş vəhşiliklər barədə bütün həqiqətləri dünya ictimaiyyətindən heç bir vəchlə gizlədə bilməyəcək. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov çərşənbə günü Trend -a deyib.

Bu gün ermənilər Xocalı faciəsi faktlarının həyasızcasına saxtalaşdırıldığı internet saytı təqdim ediblər.

"Ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə bir çox sənədli faktlar var. Bu gün bu həqiqətlər ardıcıl şəkildə dünyanın müxtəlif ölkələrinin ictimaiyyətinə çatdırılır", - Poluxov deyib.

Onun sözlərinə görə, tədbirlər praktiki olaraq dünyanın hər yerində keçirilir, ictimaiyyət Xocalı faciəsi barədə həqiqətlərlə tanış edilir.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Xəbər lenti

Xəbər lenti