...

Ukrayna Gürcüstan ilə əməkdaşlığın davam etdirilməsini vacib hesab edir

Siyasət Materials 26 Fevral 2010 10:55 (UTC +04:00)
Ukrayna-Gürcüstan münasibətləri çox yaxşı inkişaf edəcək. Bu barədə Ukrayna Ali Radasının sədri Vladimir Litvin Gürcüstan Parlamentinin spikeri David Bakradze və vitse-spiker Mixail Maçavariani ilə görüşdə bəyan edib. O bildirib ki, əməkdaşlığın davam etdirilməsi vacibdir, çünki siyasət dəyişir, ölkələr və xalqlar isə daimidir.
Ukrayna Gürcüstan ilə əməkdaşlığın davam etdirilməsini vacib hesab edir

Gürcüstan, Tbilisi, 25 fevral / Trend , müxbir N.Kirsxaliya/

Ukrayna-Gürcüstan münasibətləri çox yaxşı inkişaf edəcək. Bu barədə Ukrayna Ali Radasının sədri Vladimir Litvin Gürcüstan Parlamentinin spikeri David Bakradze və vitse-spiker Mixail Maçavariani ilə görüşdə bəyan edib. O bildirib ki, əməkdaşlığın davam etdirilməsi vacibdir, çünki siyasət dəyişir, ölkələr və xalqlar isə daimidir.

Gürcüstan qanunverici orqanının spikeri David Bakradze və onun birinci müavini Mixail Maçavariani Viktor Yanukoviçin andiçmə mərasimində iştirak etmək üçün Ukraynadadır.

Gürcüstan Parlamentinin mətbuat xidmətinin məlumatına əsasən, Gürcüstan nümayəndə heyətinin üzvləri rəsmi Kiyevin bir sıra nümayəndələri ilə görüşlər keçirib." Bütün görüşlərin əsas mövzusu Ukrayna-Gürcüstan münasibətlərinin davam etdirilməsi olub. Mən çox şadam ki, bütün görüşlərdə dostluq münasibətlərinin davam etdirilməsi və iki ölkə arasında əməkdaşlığın ən yaxşı həddə olacağı birmənalı şəkildə qeyd edilib", - Bakradze bildirib.

"Ukrayna Prezidenti və ya Baş nazirinin kim olmasından asılı olmayaraq biz Gürcüstan ilə əlaqələri daim yaxşı saxlamalıyıq", -  "Güclü Ukrayna" partiyasının lideri Serqey Tiqipko qeyd edib.

Xəbər lenti

Xəbər lenti