...

"Erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul olunması ABŞ-ın demokratik imicinə mənfi təsir edəcək – Azərbaycanın vitse-spikeri

Siyasət Materials 26 Fevral 2010 16:43 (UTC +04:00)
Azərbaycan Parlamenti sədrinin müavini hesab edir ki, qondarma "erməni soyqırımı" ilə bağlı məsələnin ABŞ Konqresində müzakirəyə çıxarılması bu ölkənin dünyadakı demokratik imicinə də mənfi təsir göstərəcək.
"Erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul olunması ABŞ-ın demokratik imicinə mənfi təsir edəcək – Azərbaycanın vitse-spikeri

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamenti sədrinin müavini hesab edir ki, qondarma "erməni soyqırımı" ilə bağlı məsələnin ABŞ Konqresində müzakirəyə çıxarılması bu ölkənin dünyadakı demokratik imicinə də mənfi təsir göstərəcək.

"ABŞ super dövlət olaraq dünyadakı ciddi problemləri kənara qoyub, bir qrup ermənilərin marağının ifadəçisinə çevrilməməlidir. Bu vəziyyət ABŞ-ın nüfuzuna xələl gətirir. Bu, ABŞ-ın demokratik imicinə, dünyada demokratiyanın inkişafındakı roluna da mənfi təsir edir", - Trend -un məlumatına görə, cümə günü Milli Məclis sədrinin müavini Bahar Muradova hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına bildirib.

Trend -un arayışı: Erməni soyqırımı iddiası - Birinci Dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin kütləvi şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirir.

Muradovanın sözlərinə görə, "erməni soyqırımı" ilə bağlı qətnamə Konqresdə qəbul olunarsa, bu, Azərbaycanla əlaqələrə də mənfi təsir göstərəcək. "ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan dövlət kimi, ABŞ belə məsələlərdə bitərəf mövqe nümayiş etdirməlidir. Erməni elektoratının rəyini əldə rəhbər tutub bu addımı atmaq düzgün deyil. Uydurma "erməni soyqırımı"nın tanınmasını ABŞ-da prezident seçkilərində bir çox namizədlər vəd verir və sonra həmin vədin girovuna çevrilir. Hesab edirəm ki, Obama hökuməti belə məsələlərdə məsuliyyətli qərarlar verməlidir", - parlament sədrinin müavini əlavə edib.

Onun fikrincə, hər bir azərbaycanlı bu məsələyə öz etirazını bildirməlidir. "Bir faktı deyim ki, ermənilər xaricdə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərə də mane olmağa çalışırlar. Mən Avstriyada bunun şahidi oldum. Xocalı hadisəsi həqiqət olduğu halda, uydurma soyqırımlara qarşı mübarizəmiz daha da güclənməlidir. Məsələ ilə bağlı Milli Məclisin mövqeyi isə bütün ictimaiyyətə bəllidir. Biz belə bir məsələyə kəskin etirazımızı bildiririk", - Muradova vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti