...

Prezident İlham Əliyev İspaniyanın Xarici işlər və əməkdaşlıq nazirini qəbul edib

Siyasət Materials 3 Mart 2010 00:22 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çərşənbə axşamı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin və Avropa Komissiyası vitse-prezidentinin adından, Avropa İttifaqına növbəti sədrlik edən dövlətin - İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Migel Angel Moratinosun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Xarici işlər naziri Migel Angel Moratinos İspaniyanın sədrliyi dövründə Avropa İttifaqının xarici əlaqələrində Azərbaycanın prioritet məsələ olduğunu dedi. Migel Angel Moratinos Avropa İttifaqının Azərbaycan ilə möhkəm münasibətlər yaratdığını vurğulayaraq, bu münasibətlərin ənənəvi ikitərəfli əlaqələrdən artıq olduğunu və strateji əhəmiyyət daşıdığını qeyd etdi. İkitərəfli münasibətlərə toxunan nazir ölkəsinin Azərbaycan ilə əlaqələri gələcəkdə daha da genişləndirmək niyyətində olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Ölkəmizlə Avropa İttifaqı arasında kifayət qədər fəal əlaqələrin olduğunu bildirən Prezident İlham Əliyev özünün Brüsselə və eləcə də Avropa İttifaqı komissarlarının ölkəmizə səfərlərinin əməkdaşlığımızın daha da möhkəmlənməsi baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı "Şərq tərəfdaşlığı" proqramının əməkdaşlıq, inteqrasiya və əlaqələr üçün yeni imkanlar açacağına ümidvar olduğunu dedi. Prezident İlham Əliyev ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı bütün istiqamətlər üzrə konstruktiv və qarşılıqlı maraq əsasında daha sürətlə inkişaf etdirməyə hazır olduğunu dedi. Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələləri ətrafında da fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti