...

Özbək pianoçunun Parisdəki uğurları

Siyasət Materials 3 Mart 2010 11:32 (UTC +04:00)
Özbəkistan Dövlət Konservatoriyası yanında istedadlı uşaqlar üçün Akademik Litseyin üçüncü kurs tələbəsi Elvira Şükürova Beynəlxalq pianoçular müsabiqəsində ikinci yeri tutaraq A.Skryabin adına mükafatın laureatı olub. Bu barədə respublikanın Mədəniyyət və İdman Məsələləri Nazirliyindən məlumat verilib.
Özbək pianoçunun Parisdəki uğurları

Özbəkistan, Daşkənd, 3 mart / Trend , müxbir D.Əzizov/

Özbəkistan Dövlət Konservatoriyası yanında istedadlı uşaqlar üçün Akademik Litseyin üçüncü kurs tələbəsi Elvira Şükürova Beynəlxalq pianoçular müsabiqəsində ikinci yeri tutaraq A.Skryabin adına mükafatın laureatı olub. Bu barədə respublikanın Mədəniyyət və İdman Məsələləri Nazirliyindən məlumat verilib.

Özbək pianoçu, Özbəkistan Dövlət Konservatoriyasının professoru Marat Qumarovun tələbəsi İohann Sebastyan Baxın (Prelüdiya və fuqa lya minor), Ferens List (konsert üçün xromatik etüd), Aleksandr Skryabinin (etüd) əsərlərini, yekunda isə Frederik Şopenin konsert üçün alleqrosunu ifa edib.

Artıq onuncu dəfər Parisdə keçirilən müsabiqədə dünyanın 15-dən çox ölkəsindən 50-dən çox gənc pianoçu oğlan və qız iştirak edib.

Şükürovanın beynəlxalq müsabiqədə iştirakı "Sağlam övlad naminə" Beynəlxalq Qeyri-Hökumət Xeyriyyə Fondunun, Özbəkistan Mədəniyyət və İdman Məsələləri Nazirliyinin, Özbəkistanın Fransadakı səfirliyinin dəstəyilə mümkün olub.

Xəbər lenti

Xəbər lenti