...

Niderland XİN-nin baş katibi Azərbaycanda səfərdədir

Siyasət Materials 3 Mart 2010 12:58 (UTC +04:00)
Niderland Krallığının Xarici İşlər Nazirliyinin baş katibi Ed Kronenburq Azərbaycan və Niderland əməkdaşlığının perspektivlərini müzakirə etmək üçün Bakıda rəsmi səfərdədir.
Niderland XİN-nin baş katibi Azərbaycanda səfərdədir

Azərbaycan, Bakı, 3 mart / Trend , müxbir S.Ağayev/

Niderland Krallığının Xarici İşlər Nazirliyinin baş katibi Ed Kronenburq Azərbaycan və Niderland əməkdaşlığının perspektivlərini müzakirə etmək üçün Bakıda rəsmi səfərdədir.

Səfər zamanı Kronenburqun Azərbaycanın rəsmi şəxsləri ilə görüşü planlaşdırılır. Bu barədə Bakıdakı Niderland səfirliyindən Trend -a məlumat verilib.

Kronenburq iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın müxtəlif aspektlərini müzakirə etməyi planlaşdırır.

Səfər çərçivəsində baş katibin həmçinin ölkənin Bakıdakı səfirliyinin açılışında iştirakı gözlənilir.

Niderland xarici işlər naziri Maksim Verhaqen diplomatik nümayəndəliyin açılması təklifi ilə çıxış edib.

Niderlandlı səfir Avropa İttifaqı ölkələrinin digər səfirləri ilə və həmçinin Tbilisi və Ankara səfirlikləri ilə sıx əlaqədə işləyəcək. Niderland Krallığının Azərbaycandakı ilk səfiri Yan-Lukas van Xorn olacaq.

Niderlanddakı Azərbaycan səfirliyi 2007-ci ildə açılıb. Fəaliyyətdə olan səfir Fuad İsgəndərovdur.

Azərbaycan və Niderland arasında əmtəə dövriyəsi 2009-cu ilin yanvar- aprel aylarında 17,8 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti