...

Brüssel Gürcüstan və Rusiya arasında münasibətləri nizamlamağa çalışacaq - Aİ sədri

Siyasət Materials 3 Mart 2010 16:22 (UTC +04:00)
Avropa İttifaqı Gürcüstan və Rusiya arasında münasibətləri nizamlamağa çalışacaq. Bu barədə bu gün Tbilisidə Aİ-yə sədrlik edən İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə birgə keçirilən mətbuat konfransında bildirib.
Brüssel Gürcüstan və Rusiya arasında münasibətləri nizamlamağa çalışacaq - Aİ sədri

Gürcüstan, Tbilisi, 03 mart / Trend , müxbir N.Kirsxaliya/

Avropa İttifaqı GürcüstanRusiya arasında münasibətləri nizamlamağa çalışacaq. Bu barədə bu gün Tbilisidə Aİ-yə sədrlik edən İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Aİ sədri bildirib ki, Brüssel Gürcüstan və Rusiya münasibətlərinin nizamlanması üçün səy göstərir. "Bu çox çətin yoldur, ancaq bu yolu münasibətləri nizama salmaq üçün keçmək lazımdır", - o deyib.

"Aİ Gürcüstanı dəstəkləyir və Gürcüstanla Rusiya arasında mövcud olan münasibətləri nizama salmaq üçün bütün səyləri göstərir. Bu məqsədlə biz bu gün səhər nəzarət buraxılış məntəqəsinin açıldığı Gürcüstan-Rusiya sərhədində olmuşuq. Sözügedən NBM iki ölkə arasında birbaşa nəqliyyatı həyata keçirməyə icazə verir", - Moratinos bildirib.

Xəbər lenti

Xəbər lenti