...

Azərbaycan Hərbi Prokurorluğunun istintaq qrupu qəzaya uğramış təyyarəyə baxış keçirib

Siyasət Materials 4 Mart 2010 15:33 (UTC +04:00)
İstintaq qrupu tərəfindən məhkəmə-tibb ekspertləri və mütəxəssislərin iştirakı ilə Şəmkir rayonunda SU-25 təyyarəsinin qəzaya uğradığı yerin müayinəsi aparılmaqla hadisə nəticəsində həlak olmuş pilotun meyitinin məhkəmə-tibbi ekspertizası keçirilib, qəzaya uğramış təyyarənin hissələri, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb.
Azərbaycan Hərbi Prokurorluğunun istintaq qrupu qəzaya uğramış təyyarəyə baxış keçirib

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir K.Zərbalıyeva/

İstintaq qrupu tərəfindən məhkəmə-tibb ekspertləri və mütəxəssislərin iştirakı ilə Şəmkir rayonunda SU-25 təyyarəsinin qəzaya uğradığı yerin müayinəsi aparılmaqla hadisə nəticəsində həlak olmuş pilotun meyitinin məhkəmə-tibbi ekspertizası keçirilib, qəzaya uğramış təyyarənin hissələri, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb. Bu barədə Azərbaycan Hərbi Prokurorluğunun məlumatında deyilir.

Hazırda hərbi prokurorunun müavini, ədliyyə polkovniki Şəfahət İmranovun rəhbərliyi ilə yaradılmış Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqləri, prokuror-kriminalistləri və Qazax Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu SU-25 təyarəsinin qəzaya uğradığı yerdədirlər.

Martın 3-də Azərbaycanın Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı SU-25 hərbi təyyarəsi qəzaya uğrayıb və pilot Famil Elman oğlu Məmmədli həlak olub.

Şəmkir Azərbaycan paytaxtı Bakıdan 400 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti