...

Azərbaycan ABŞ-dakı səfirini geri çağırmalıdır – deputat

Siyasət Materials 5 Mart 2010 12:43 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, ABŞ Konqresinin Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etdiyinə görə Azərbaycan da adekvat addımlar atmalıdır.
Azərbaycan ABŞ-dakı səfirini geri çağırmalıdır – deputat

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, ABŞ Konqresinin Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etdiyinə görə Azərbaycan da adekvat addımlar atmalıdır.

"Biz hökumət və Xarici İşlər Nazirliyi qarşısında ABŞ-dakı səfirimizin geri çağırılması ilə bağlı məsələ qaldırmalıyıq", - Trend -un məlumatına görə, cümə günü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev bildirib.

Həsənquliyevin sözlərinə görə, ABŞ-ın Azərbaycana uzun müddətdir səfir təyin etməməsi dövlətimizə qarşı hörmətsizlikdir.

"Səfir təyinatının uzun müddət yubanmasında siyasi maraqlar dayanır. ABŞ bununla Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə edir", - millət vəkili əlavə edib.

Türkiyə cümə axşamı ABŞ-dakı səfiri Namiq Tanı geri çağırıb. Məlumatı CNN Turk telekanalı yayıb.

Bundan əvvəl, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs "lehinə", 22 səs "əleyhinə" olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.

Xəbər lenti

Xəbər lenti