...

Gürcüstan və İtaliya cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığa dair saziş imzalayacaq

Siyasət Materials 11 Mart 2010 10:46 (UTC +04:00)
Martın 11-də Romada Gürcüstan və İtaliya cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığa dair ikitərəfli saziş imzalayacaqlar.
Gürcüstan və İtaliya cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığa dair saziş imzalayacaq

Gürcüstan, Tbilisi, 11 mart / Trend , müxbir N.Kirsxaliya/

Martın 11-də Romada Gürcüstanİtaliya cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığa dair ikitərəfli saziş imzalayacaqlar.

Trend -a Gürcüstan DİN-dən verilən məlumata görə, ölkənin daxili işlər naziri Vano Merabişvili İtaliyaya səfəri çərçivəsində italiyalı həmkarı Roberto Maroni ilə görüşəcək.
Səfər iki ölkə hökumətləri arasında intensiv ikitərəfli görüşlərin proqramı çərçivəsində baş tutacaq. Bu proqram fevralda nazirlər Qriqol Vaşadze və Giorgi Baramidzenin Romaya səfərləri ilə başlayıb.

Cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığa dair saziş cinayətlərin qarşısının alınması, xüsusilə, mütəşəkkil cinayətkarlıq, terrorizm, insan alveri, pulların yuyulması və digər cinayətlərə qarşı mübarizə ilə bağlı təhqiqatların aparılmasını gücləndirəcək.

Bundan əlavə, nazirlər polislərin və ekspertlərin treninqi ilə bağlı məsələləri müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti