...

ABŞ-ın Azərbaycandakı səfirliyi Penitensiar Xidmətin beynəlxalq təşkilatlarla birgə keçirdiyi tədbirlərdə iştirak etmək istəyir

Siyasət Materials 15 Mart 2010 17:35 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən bazar ertəsi Trend News-a verilən məlumata görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu PX-nin rəisi, ədliyyə nazirinin müavini Nazim Ələkbərovla görüşdə ona bu xahişlə müraciət edib.
ABŞ-ın Azərbaycandakı səfirliyi Penitensiar Xidmətin beynəlxalq təşkilatlarla birgə keçirdiyi tədbirlərdə iştirak etmək istəyir

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir K.Zərbalıyeva/

ABŞ-ın Azərbaycandakı səfirliyi Penitensiar Xidmətin beynəlxalq təşkilatlarla birgə keçirdiyi tədbirlərdə iştirak etmək istəyir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu PX-nin rəisi, ədliyyə nazirinin müavini Nazim Ələkbərovla görüşdə ona bu xahişlə müraciət edib.

Lu PX-nin son illər ərzində keçirdiyi uğurlu islahatlardan xəbərdar olduğunu, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onlara göstərilən tibbi xidmətin yüksək səviyyədə olması, cəza çəkənlərə müsbət vərdişlərin aşılanması işində irəliləyişin danılmaz olduğunu vurğulayıb.

PX-nin rəisi Ələkbərov amerikalı qonaqlara Penitensiar Xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barəsində ətraflı məlumat verib.

Ələkbərov Penitensiar Xidmətin həyata keçirdiyi beynəlxalq əməkdaşlıq sahəsində də nəzərəçarpacaq müsbət dəyişikliklər əldə olunduğunu vurğulayıb və qeyd edib ki, Avropa Şurası, ATƏT, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər mötəbər beynəlxalq qurumların nümayəndələri mütəmadi olaraq penitensiar müəssisələrdə və istintaq təcridxanalarında monitorinqlər keçirir, cəza çəkənlərin saxlanma şəraiti ilə yaxından tanış olur, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün müvafiq tövsiyələr təqdim edirlər.

Görüşdə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Zavər Qafarov da iştirak edib.

Xəbər lenti

Xəbər lenti