...

Azərbaycanın Özbəkistandakı Səfirliyi Novruz Bayramını qeyd edəcək

Siyasət Materials 16 Mart 2010 10:41 (UTC +04:00)
Azərbaycan Səfirliyi Novruz Bayramı münasibətilə martın 19-da Daşkənddə təntənəli tədbir keçirməyi planlaşdırır. Bu barədə Azərbaycanın Diplomatik Nümayəndəliyinin ikinci katibi Səbuhi Əhmədov bildirib.
Azərbaycanın Özbəkistandakı Səfirliyi Novruz Bayramını qeyd edəcək

Özbəkistan, Daşkənd, 16 mart / Trend , müxbir D.Əzizov/

Azərbaycan Səfirliyi Novruz Bayramı münasibətilə martın 19-da Daşkənddə təntənəli tədbir keçirməyi planlaşdırır. Bu barədə Azərbaycanın Diplomatik Nümayəndəliyinin ikinci katibi Səbuhi Əhmədov bildirib.

Bayram şənliyinə Özbəkistanın dövlət müəssisələrinin, ictimai birliklərinin rəhbərləri, Daşkənddə akkreditə olunmuş səfirlik və digər xarici nümayəndəliklərin təmsilçiləri, həmçinin, Azərbaycan diasporunun fəalları dəvət olunacaqlar.

Azərbaycan Səfirliyi azərbaycanlı iş adamları ilə birgə milli mətbəxindən yeməklər hazırlayacaq, Azərbaycanın milli və müasir musiqi sənətindən əsərlər səsləndiriləcək.

Bayram ərəfəsində Azərbaycan Səfirliyi azərbaycanlı iş adamları ilə birgə Daşkənddə yaşayan 37 aztəminatlı azərbaycanlı ailəsinə bayram hədiyyələri paylayıb. Həmçinin, Aleksandr Hlebuşkin adına 22 nömrəli Uşaq evinə bayram sovqatı göndərilib.

Xəbər lenti

Xəbər lenti