...

Böyük Britaniya Parlamentində Novruz bayramı qeyd olunub

Siyasət Materials 17 Mart 2010 16:33 (UTC +04:00)
Böyük Britaniya Parlamentində Azərbaycanın bu ölkədəki səfirliyinin və İngiltərə-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Böyük Britaniya Parlamentində Novruz bayramı qeyd olunub

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir S.Ağayeva/

Böyük Britaniya Parlamentində Azərbaycanın bu ölkədəki səfirliyinin və İngiltərə-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Britaniya Parlamentinin üzvü, eyni zamanda, İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri Lord Freyzer Novruz bayramının Böyük Britaniyada qeyd olunmasının əhəmiyyətini nəzərə çatdırıb. O, son illər iki ölkə arasında genişlənən ikitərəfli əlaqələrin möhkəm təmələ malik olduğunu deyərək, bu kimi mədəni tədbirlərin xalqlarımız arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin məlumatında bildirilir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, bayramın qədimliyindən söz açıb. O xatırladıb ki, BMT Baş Assambleyasının qərarı ilə Novruz bayramı beynəlxalq bayram elan olunub və bundan sonra 21 mart Novruz Günü kimi qeyd olunacaq.

Bayram tədbirinə parlament üzvləri, Böyük Britaniyada akkreditə olunmuş səfirlər, bu ölkənin XİN-in rəsmi şəxsləri, jurnalistlər və ölkədə yaşayan Azərbaycan diasporunun üzvləri dəvət olunublar.

Xəbər lenti

Xəbər lenti