...

Azərbaycanda Novruz önəmli bayramdır və mədəniyyətimizin böyük bir hissəsidir - nazir Elmar Məmmədyarov

Siyasət Materials 27 Mart 2010 12:11 (UTC +04:00)
Azərbaycanda Novruz Bayramı önəmli bayramdır və mədəniyyətimizin böyük bir hissəsidir. Bunu şənbə günü Tehranda keçirilən Novruz Bayramı tədbirində çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Bu barədə Trend News İranın İRİNN xəbər kanalına istinadən məlumat yayıb.
Azərbaycanda Novruz önəmli bayramdır və mədəniyyətimizin böyük bir hissəsidir - nazir Elmar Məmmədyarov

Azərbaycan, Bakı, 27 mart / Trend , müxbir T.Cəfərov/

Azərbaycanda Novruz Bayramı önəmli bayramdır və mədəniyyətimizin böyük bir hissəsidir. Bunu şənbə günü Tehranda keçirilən Novruz Bayramı tədbirində çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Bu barədə Trend İranın İRİNN xəbər kanalına istinadən məlumat yayıb.

"Azərbaycan Prezidenti və xalqının təbrikini tədbir iştirakçılarına çatdırıram. Bu cür tədbirin keçirilməsi önəmli və vacibdir. Novruz artıq beynəlxalq səviyyədə qeyd olunur. Bu təşəbbüsü davam etdirmək lazımdır və gələcəkdə daha geniş səviyyədə keçirilməlidir", - Məmmədyarov çıxışında deyib.


Birləşmiş Millətlər Təşkilatı tərəfindən Novruzun bu ildən etibarən beynəlxalq bayram statusu alması münasibətilə İranda dövlət səviyyəsində mərasim təşkil edilib. Bununla bağlı Novruz Bayramını qeyd edən ölkələrin dövlət və hökumət nümayəndələri mərasimə dəvət ediliblər. Bayram tədbiri martın 28-də başa çatacaq.

İran prezidenti Novruz bayramı tədbirlərinin hər il bir ölkədə digər ölkələrin rəsmilərinin iştirakı ilə keçirilməsini təklif edib. Tədbirdə çıxış edən Tacikistan prezidenti İmoməli Rəhman İran prezidentinin təklifini alqışlayıb.

Xəbər lenti

Xəbər lenti