...

Azərbaycanda bayram günlərində yol qəzalarının sayı əvvəlki günlərlə müqayisədə azalıb - BDYPİ

Siyasət Materials 29 Mart 2010 12:35 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Ərəstun Məcidov bazar ertəsi Trend News-a bildirib ki, martın 19-dan 29-dək əvvəlki on günlə müqayisədə respublikada yol qəzaları 25 faiz azalıb.
Azərbaycanda bayram günlərində yol qəzalarının sayı əvvəlki günlərlə müqayisədə azalıb - BDYPİ

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda bayram günlərində yol qəzalarının sayı əvvəlki günlərlə müqayisədə azalıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Ərəstun Məcidov bazar ertəsi Trend -a bildirib ki, martın 19-dan 29-dək əvvəlki on günlə müqayisədə respublikada yol qəzaları 25 faiz azalıb.

Məcidov deyib ki, qəzalar zamanı həlak olanların sayı 31, yaralıların sayı isə 33 faiz azalıb.

BDYPİ-nin rəsmisi yol qəzalarına avtomobillərin yüksək sürətlə idarə olunması, ötmə qaydalarının pozulmasının səbəb olduğunu bildirib.

Məcidov bayram günlərində avtomobillərin sərxoş halda idarə olunması üzrə qəzaların az olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti