...

Azərbaycanın müxalifət partiyası deputatlığa namizədləri müəyyənləşdirməyə başlayıb

Siyasət Materials 29 Mart 2010 17:36 (UTC +04:00)
Azərbaycanda müxalifətdə olan Ümid Partiyasının Rəyasət Heyətinin iclasında parlament seçkilərində iştirak etmək istəyən partiya üzvlərinin müraciətlərinə baxılıb.
Azərbaycanın müxalifət partiyası deputatlığa namizədləri müəyyənləşdirməyə başlayıb

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda müxalifətdə olan Ümid Partiyasının Rəyasət Heyətinin iclasında parlament seçkilərində iştirak etmək istəyən partiya üzvlərinin müraciətlərinə baxılıb.

"İclasda 70-dən çox tərcümeyi-hal nəzərdən keçirilib və onların içərisindən 31 nəfərin namizədliyi Rəyasət Heyətinin qərarı ilə dəqiqləşdirilib", - bazar ertəsi Trend -a Ümid Partiyasının mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Məlumatda qeyd olunur ki, növbəti mərhələdə yenə də namizədliklərini irəli sürən şəxslərin iştirak edib-etməmələri ilə bağlı qərarlar çıxarılacaq.

Müхаlifəti təmsil еdən Ümid Pаriyаsı 1993-cü ildə yаrаdılıb. 2002-ci ildə Vətəndаş Birliyi Pаrtiyаsı (VBP) Ümid Pаriyаsınа birləşib. VBP-nin sədri оlmuş İqbаl Аğаzаdə Ümid Pаrtiyаsınа sədr sеçilib. Аğаzаdə Milli Məclisin dеputаtıdır.

Xəbər lenti

Xəbər lenti