...

Gürcüstan bu il 13 yeni diplomatik nümayəndəlik açacaq

Siyasət Materials 6 Aprel 2010 12:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 6 aprel /Trend müxbir, N.Kirsxaliya/

Bu il Gürcüstan dünyanın 13 ölkəsində özünün diplomatik nümayəndəliklərini açacaq. Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib.

"İsveç və Baltik ölkələrinin qlobal böhran şəraitində maliyyə çətinliklərindən öz diplomatik nümayəndəliklərini azaltmasına baxmayaraq, Gürcüstan hökuməti bizim korpusun genişlənməsi haqqında qərar qəbul edib", - o bildirib.

Nazir müavini Gürcüstanın dünya ölkələrində təmsil olunması və həmin ölkələrdə maraqlarının müdafiə etməsini mühüm iş hesab edir. "Biz XİN-in büdcəsindən bu ölkələrin hər birində, heç olmasa, bir diplomat saxlaya bilərik və bu, ölkəni qonşu diplomatik nümayəndəliklərdən əhatə etməyə imkan verəcək", - o bildirib.

Bununla da Gürcüstan XİN bu ölkələri əhatə etmək niyyətindədir: Braziliya, Kanada, Serbiya, Norveç, Xorvatiya, Cənubi Koreya, Slovenya, İrlandiya, Meksika, Portuqaliya, Cənubi Afrika, Finlandiya və Albaniya.

Xəbər lenti

Xəbər lenti