...

İrakli Kavtaradze Azərbaycanda səfir postuna təsdiqlənəcəyi halda ölkəsini "layiqincə təmsil edəcəyi"ni bildirir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 Aprel 2010 16:51 (UTC +04:00)
İrakli Kavtaradze Gürcüstanın Azərbaycandakı səfiri postuna namizədliyi təsdiq ediləcəyi təqdirdə iqtisadi əməkdaşlığa xüsusi diqqət ayırmaq niyyətindədir.
İrakli Kavtaradze Azərbaycanda səfir postuna təsdiqlənəcəyi halda ölkəsini "layiqincə təmsil edəcəyi"ni bildirir (ƏLAVƏ OLUNUB)

RED. əlav.: son iki abzas əlavə olunub

Gürcüstan, Tbilisi, 6 aprel /Trend, müxbir N.Kirsxaliya/

İrakli Kavtaradze Gürcüstanın Azərbaycandakı səfiri postuna namizədliyi təsdiq ediləcəyi təqdirdə iqtisadi əməkdaşlığa xüsusi diqqət ayırmaq niyyətindədir.

"Ölkələrimiz arasında əla münasibətlər var və səfir təyin olunacağım halda üzərimə düşən məsuliyyəti bütünlüklə anlayıram", - Kavtaradze Trend-ə bildirib.

"Mənim vəzifəm mövcud əlaqələri möhkəmləndirmək və intensivləşdirməkdir", - o, Gürcüstanı Azərbaycanda "layiqincə təmsil edəcəyini" söz verərək deyib.

Hazırda Kavtaradze parlamentdə Xarici əlaqələr komitəsinin sədr müavini vəzifəsində çalışır və buna görə də deputatlar diplomatiya işlərində zəngin təcrübəyə malik bir namizəd kimi onun namizədliyini dəstəklədiklərini bildirirlər. Buna qədər o, hakim Vahid Milli Hərəkat Partiyasının xarici əlaqələr üzrə katibi olub.

Ötən ilin sonunda Gürcüstanın Azərbaycandakı səfiri postuna təyin edilmiş Vano Noniaşvili yanvarın 28-də istefa verərək öz təyinati yerinə gəlməyib. "Diplomat şəxsi problemləri ilə əlaqədar istefa verdiyini bildirib", - Gürcüstan XİN-in ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İi Maxaraşvili Trend-ə bildirib.

2007-ci ilin noyabrından 2009-cu ilin dekabrına qədər Gürcüstanın Azərbaycandakı səfiri postunu Nikolaz Natbiladze tutub.

Xəbər lenti

Xəbər lenti