İrakli Kavtaradze Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə təyin edilib

Siyasət Materials 8 Aprel 2010 19:44 (UTC +04:00)
Bu gün Gürcüstan Parlamenti İrakli Kavtaradzeni Gürcüstanın Azərbaycandakı səfiri postuna yekdilliklə təsdiq edib.
İrakli Kavtaradze Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə təyin edilib

Gürcüstan, Tbilisi, 8 aprel /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstan Parlamenti İrakli Kavtaradzeni Gürcüstanın Azərbaycandakı səfiri postuna yekdilliklə təsdiq edib.

Kavtaradze hakim Vahid Milli Hərəkat Partiyasının xarici əlaqələr üzrə katibi olub. O, Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədr müavinidir.

Ötən ilin sonunda Gürcüstanın Azərbaycandakı səfiri postuna təyin edilmiş Vano Noniaşvili yanvarın 28-də istefa verərək öz təyinati yerinə gəlməyib.

Xəbər lenti

Xəbər lenti