...

Qambiyanın XİN rəhbəri Azərbaycana səfər edəcək

Siyasət Materials 9 Aprel 2010 15:01 (UTC +04:00)
Qambiya Respublikasının xarici işlər naziri, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə nazir Usman Cammeh aprelin 10-14-də Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
Qambiyanın XİN rəhbəri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir S.Ağayeva/

Qambiya Respublikasının xarici işlər naziri, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə nazir Usman Cammeh aprelin 10-14-də Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

Səfər proqramına nazirin Quba rayonuna səfəri, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və təhsil naziri Misir Mərdanov ilə görüşü daxildir. Qonaq, həmçinin, Heydər Əliyev Fonduna, tarix və incəsənət muzeylərinə baş cəkəcək.

Xəbər lenti

Xəbər lenti