...

Azərbaycan FHN şimal bölgəsində baş vermiş torpaq sürüşməsinin yağıntılarla bağlı olduğunu açıqlayıb

Siyasət Materials 10 Aprel 2010 13:53 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyi ölkənin şimal bölgəsində baş vermiş torpaq sürüşməsinin yağıntılarla bağlı olduğunu açıqlayıb.
Azərbaycan FHN şimal bölgəsində baş vermiş torpaq sürüşməsinin yağıntılarla bağlı olduğunu açıqlayıb

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Fövqəladə Hallar Nazirliyi ölkənin şimal bölgəsində baş vermiş torpaq sürüşməsinin yağıntılarla bağlı olduğunu açıqlayıb.

Trend-in FHN-in rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, respublikanın şimal bölgəsində torpaq sürüşməsinə meyilli sahələr 2010-cu il aprel ayının əvvəllərində yağıntılar nəticəsində fəallaşıb.

Nəticədə Qusar rayonu, Urva kəndində torpaq sürüşməsinin uzunluğu təxminən 100-120 metr, qırılma qaşının hündürlüyü 2,0-3,0 metr, sürüşmənin hərəkət istiqaməti yamac istiqamətində 100-150 metr aşağıya doğru çatlarla müşahidə olunur.

Quba rayonu, Güləzi kəndində isə sürüşmə sahələrinin uzunluğu 800-1000 metr, eni 250-300 metr, qırılma qaşının hündürlüyü 0,3-0,5 metr, əmələ gəlmiş çatların eni 0,5-1,0 metr, dərinliyi isə 1,0-2,0 metr təşkil edir.

Xəbər lenti

Xəbər lenti