Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir V.Javoronkova/
Qırğızıstanda kütləvi iğtişaşlar və müxalifətin hakimiyyəti ələ keçirməsi respublikanın investisiya cəlbediciliyinə təsir göstərəcək. MDB ölkələri üzrə avropalı ekspert Aleksandr Rar belə hesab edir.
"İnvestisiya mühitinə ziyan dəyəcək, çünki iki inqilaba və liderlərin devrilməsinə məruz qalan ölkəyə stabil ölkə kimi baxılmayacaq", - Trend-ə telefonla Berlindən AFR Xarici Siyasət Şurasının "Rusiya-Avrasiya" Mərkəzinin direktoru deyib.Aleksandr Rar
Ötən həftə Qırğızıstanda kütləvi etiraz aksiyalarından sonra hökumət devrilib və müxalifət hakimiyyəti zəbt edib. Bu, ölkə müstəqillik əldə etdikdən sonra hökumətin ikinci dəfə devrilməsidir. Rəsmi Prezident Kurmanbek Bakiyev beş il əvvəl inqilab nəticəsində hakimiyyətə gəlmişdi.
Hazırda Bakiyev ölkənin cənubundadır və orada onun tərəfdarları toplaşıb. O, dövlət başçısının səlahiyyətlərini öz üzərindən atmaqdan imtina edir, lakin onun ölkənin tamhüquqlu idarə edilməsinə qayıtmayacağına cəmiyyətdə şübhə yoxdur. Müxalifətin bəyanatlarına görə, yeni prezident seçkisi yarım ildən sonra keçiriləcək.
Rarın fikrincə, Qırğızıstanda vəziyyət kifayət qədər təhlükəlidir, çünki bu "inqilab" gözlənilmədən baş verib. "Qırğızıstan "üç böyük dövlətin" - Əfqanıstanda terrorizm ilə mübarizə səbəbindən regionda iştirak edən ABŞ, Rusiya və Çinin maraqlarının qovuşuğundadır", - ekspert deyib.
Onun fikrincə, hazırda bu dövlətlərin maraqlarının toqquşmaması arzuolunandır. Bundan əlavə, Rarın sözlərinə görə, ölkədəki bu cür qeyri-stabillik ekstremizmin canlanmasına təhrik edə bilər.
"Qırğız islamçıları özbəklərdən fərqli olaraq, o qədər də fəal deyillər, lakin hazırkı vəziyyət qeyri-müəyyən qalmaqda davam edərsə, qapalı strukturları olan islamçılar tərəfindən zəiflədiləcək", - ekspert deyib. - "Odur ki, Qərb ölkədəki vəziyyəti böyük ehtiyatla izləyir".
"İslam ekstremizminin regiona keçməsinin mümkünlüyü, Qırğızıstanın qonşuları ilə münasibətindəki qeyri-müəyyənlik, ümumi bazar yaratmağa qadir olmaması səbəblərindən Qərb bu regiona kapital qoymur", - o hesab edir.
Rarın fikrincə, Qərb hər şeydən əvvəl Qırğızıstan və Mərkəzi Asiyanın iqtisadiyyatına investisiya qoymaqdan imtina edəcək, çünki bu, risklidir, xüsusilə də Qırğızıstan hadisələri baxımından.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]