...

Avropa Şurası ilə münasibətlərdə yeni mərhələ başlanıb - Azərbaycanın qurumdakı rəhbəri Səməd Seyidov

Siyasət Materials 14 Aprel 2010 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri hesab edir ki, Mövlud Çavuşoğlunun bu quruma sədr seçilməsi Azərbaycanın AŞ ilə münasibətlərində yeni mərhələnin başlanğıcıdır.

"Biz Avropa Şurasının üzvü olduğumuz on il müddətində təkcə Azərbaycanın yox, bütün Türk Dünyasının dəyərlərini sizinlə birgə müdafiə etməyə çalışmışıq", - Trend-in məlumatına görə, çərşənbə günü Avropa Şurası Parlament Asssambleyasının sədri Mövlud Çavuşoğlu ilə görüşdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr üzrə komitəsinin sədri Səməd Seyidov bildirib.

Səmədovun sözlərinə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bu qurumun rəhbəri kimi Çavuşoğluna fəaliyyəti dövründə hər cür dəstək verəcək.

"Əminik ki, sizin fəaliyyətiniz dövründə təkcə Azərbaycanla Türkiyəni deyil, bütün Avropanı narahat edən problemlərin həllinə nail ola biləcəyik", - komitə sədri əlavə edib.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Azərbaycanda demokratiya getdikcə inkişaf edir və Avropada özünə layiqli yer tutmağa çalışır.

"Biz əminik, sizin rəhbərliyiniz dövründə qarşımızda duran digər məsələlərin həllinə də birgə nail ola biləcəyik", - Seyidov qeyd edib.

Seyidov xatırladıb ki, Çavuşoğluna bundan sonra da dəstək verəcəklər.

"Siz demokratiya tərəfdarısınız və Avropa Şurasındakı fəaliyyətinizdə yeniliklərə nail olmusunuz. Ümid edirik, AŞPA-nın rəhbəri kimi daha böyük uğurlara nail ola biləcəksiniz", - o vurğulayıb.

Azərbaycanın bu təşkilata üzv qəbul olunması məsələsinə 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələri səviyyəsində keçirilən iclasda baxılıb. Yanvarın 25-dən isə Azərbaycan AŞ-nin rəsmi üzvü olub. Quruma üzv seçilənə qədər çoxsaylı tələbləri yerinə yetirməsi Azərbaycanın Avropa ölkələri ailəsində təmsil olunmasını zəruri edirdi. Bu təcrübə ölkəmizin Avropa Şurasına üzvlüyünü rəsmən təsdiqlədikdən sonra, daha qabarıq hiss olunmağa başlayıb. Qarşılıqlı əməkdaşlıq Avropa dəyərlərinin Azərbaycana qarşılıqlı inteqrasiyasına da təkan verib.

Xəbər lenti

Xəbər lenti