...

Gürcüstan Parlamentinin sədri gürcü hərbi kontingentinin təftişi üçün Əfqanıstana yola düşüb

Siyasət Materials 15 Aprel 2010 10:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 aprel /Trend, müxbir N.Kirsxaliya/

Spiker David Bakradzenin rəhbərliyi ilə Gürcüstan Parlamentinin nümayəndə heyəti bu gün gecə gözlənilmədən Əfqanıstana yola düşüb. Bakradze Tbilisi Hava Limanında jurnalistlərə bildirib ki, onlar ölkədəki gürcü sülhməramlılarının bazasına baş çəkəcəklər.

"Biz öz hərbi kontingentimizin Əfqanıstanda qalma şəraiti, onların yerləşdiyi yer, yaşayış və xidmət vəziyyəti ilə tanış olacağıq. Biz missiyamızın beynəlxalq terrorizmə qarşı mübarizədə Gürcüstanı layiqincə təmsil etməsində maraqlıyıq", - o bildirib.

Bakradze qeyd edib ki, Gürcüstan Əfqanıstanda öz hərbi kontingenti ilə ciddi təmsil olunub və dünya təhlükəsizliyinin qorunmasına öz töhfəsini verir.

Əfqanıstanda 920 gürcü hərbçi var. Onların 170-i Fransa, 750-si ABŞ-ın məsuliyyət zonasında xidmət keçir.

Xəbər lenti

Xəbər lenti