Azərbaycan hökuməti Elmin İnkişafı Fondunun xərclər smetasını təsdiq edib

Siyasət Materials 21 Aprel 2010 11:05 (UTC +04:00)
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qərarla fondun xərcləri 7 022 400 manat müəyyən edilib. Həmin məbləğin 922 400 manatı Elmin İnkişafı Fondunun saxlanılması xərcləri, 6 300 manatı ştat cədvəli və işçilərin aylıq vəzifə maaşları üçün nəzərdə tutulub.
Azərbaycan hökuməti Elmin İnkişafı Fondunun xərclər smetasını təsdiq edib

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti Prezident yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında qərar qəbul edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qərarla fondun xərcləri 7 022 400 manat müəyyən edilib. Həmin məbləğin 922 400 manatı Elmin İnkişafı Fondunun saxlanılması xərcləri, 6 300 manatı ştat cədvəli və işçilərin aylıq vəzifə maaşları üçün nəzərdə tutulub.

Elmin İnkişafı Fondunun saxlanılması xərcləri dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Elm" köməkçi bölməsinin iqtisadi təsnifatının "Sair xərclər" paraqrafında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti