Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanın müxalifət partiyasının rəyasət heyətinin növbəti toplantısında kütləvi aksiyalara başlamaq haqda qərar qəbul edilib.
"Aksiyalara hazırlaşmaq üçün mitinq komitəsi yaradılıb", - çərşənbə günü Trend-ə "Ümid" partiyasının mətbuat xidmətindən bildirilib.
Partiya "Seçkiöncəsi mühitin demokratikləşdirilməsi və Seçki Məcəlləsinin dəyişdirilməsi" tələbi ilə kütləvi aksiyalar keçirəcək. "İdarə heyətinin iclasında aksiyanın yeri və vaxtı da müəyyənləşdirilib. Bakı Şəhər İcra Hakimiyyətinə mayın 1-də saat 15:00-da "Nərimanov" kinoteatrı qarşısında, keçmiş "Qələbə" kinoteatrı qarşısında və digər yerlərin birində aksiya keçirilməsi ilə bağlı müraciət qəbul olunub", - məlumatda vurğulanır.
Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
Rəyasət heyətinin iclasında Parlament seçkilərində iştirak edəcək daha 32 nəfərin namizədliyi təsdiq olunub. Bundan əvvəl partiyanın 30 üzvünün də namizədliyi məsələsinə müsbət münasibət bildirilib.
Müхаlifəti təmsil еdən "Ümid" pаrtiyаsı 1993-cü ildə yаrаdılıb. 2002-ci ildə "Vətəndаş Birliyi" pаrtiyаsı (VBP) "Ümid" pаrtiyаsınа birləşib. VBP-nin sədri оlmuş İqbаl Аğаzаdə "Ümid" pаrtiyаsınа sədr sеçilib. Аğаzаdə Milli Məclisin dеputаtıdır.